Fevral 3, 2023

Gədəbəyin Kəsəmən sakinləri: “Kənddə 25 ildir ki, telefon şəbəkəsi yoxdur”

Dövrün tələblərinə uyğun olaraq bir çox şərhər və kəndlərimizdə internet şəbəkəsi, telefon aktiv şəkildə istifadə olunur. Lakin təəssüf ki, Gədəbəyin Kəsəmən kənd sakinləri bu imkanlardan yararlana bilmirlər.

Kənd sakinləri Turaz.org-a müraciət edərək yaşadıqları problemdən danışıblar.

Deyirlər ki, kənddə vaxtilə stasionar telefon xətti olub. Lakin hazırda acınacaqlı vəziyyətdə qalan sakinlər kənddə ümumiyyətlə rabitənin olmadığını bildirirlər. Bütün bunlar az imiş kimi, heç bir mobil operator şəbəkəsindən də istifadə etmək mümkün deyil. Səbəb isə mobil rabitənin tamamilə olmamasıdır.

Sakinlərin sözlərinə görə, evlərindən 300 metr aralı olan Ağbaşlar adlanan körpü var. Həmin körpüyə dönən yol çox sərt və təhlükəli döngə olduğu üçün həmişə avtoqəzalar baş verir. Qəza baş verən zaman xəstələr kənd cammatının köməyi ilə xəstəxanalara çatdırılır. Şəbəkə olmadığı üçün kəsəmənlilər təcili tibbi yardıma zəng edə bilmirlər.

Üstəlik, 25 ildən artıqdır ki, sakinlər ATS və nazirliyə müraciət etsələr də, nəticəsz qalır. ATS rəhbərliyi müxtəlif bəhanələrlə onları yola verir, hər müraciətdə problemin növbəti il aradan qaldırılacağını deyir. Üstəlik, son illərdə isə ATS rəhbərliyi insanları hədələyərək sakinlərin onlardan asılı olduğunu bildirir.

Onlar aidyyəti qurumlarla yanaşı, Azad İstehkaçılar Birliyinə də müraciət edib, problemi bildiriblər.
Biz də öz növbəmizdə İcra Hakimiyyəti və kənd bələdiyyəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, suallarımızı cavablandıran olmadı.
Ümidvarıq ki, yeni ildə sakinlərin səsi eşidiləcək, problemləri aradan qaldırlacaq.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »