Dekabr 5, 2021

“Gələcəyin Aqronomları” layihəsinin açılış mərasimi keçirilib

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi “Gələcəyin Aqronomları” adlı layihənin açılış mərasimi 13 oktyabr 2021-ci il tarixində Göygöl rayon Aşıqlı kənd tam orta məktəbində keçirilmişdir.

Turaz.org xəbər verir ki, layihənin rəhbəri Göygöl rayon Aşıqlı kənd tam orta məktəbinin ingilis dili müəllimi, pedaqoq, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III və V Qrant müsabiqəsinin qalibi Aysel Allahverdiyevadır. “Gələcəyin Aqronomları” adlı layihə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Göygöl Rayon Aşıqlı kənd tam orta məktəbinin direktoru, pedaqoq İsayev İlqar tədbirin iştirakçılarını və layihə təlimçilərini salamlamış, onlarla Təhsil Nazirliyinin müsabiqələrinin faydalılığı haqqında fikirlərini bölüşmüşdür.

Daha sonra, layihənin rəhbəri Aysel Allahverdiyeva iştirakçılara layihə haqqında müfəssəl məlumat vermişdir. “Gələcəyin Aqronomları” layihəsinin təlimçilərdən biri, biologiya üzrə fəlsəfə elmlər doktoru, Azərbaycan Dövlət Aqrar universiteti biotexnologiya şöbəsinin direktoru Abbas İsmayılov da öz dəyərli fikirlərini paylaşmışdır. Pedaqoq-psixolog Hüriyyət Rzayeva layihəyə psixoloji aspektden yanaşaraq, şagirdlərdə gözlənilən nəticələr haqqında danışmışdır.

Bundan əlavə, müəllim və şagird heyətinin sualları cavablandırılmışdır. Onu da qeyd edək ki, layihənin əsas məqsədi orta məktəblərdə təhsil alan şagirdlərin iqtisadiyyatımızın dinamik inkişafı, sosial rifah və sosial ədalət naminə bütün ixtisas və peşələrə eyni gözlə baxmasından, dövrün tələblərinə uyğun olaraq həmin peşəni bilən mütəxəssislər yetişdirilməsindən ibarətdir.

Müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/azerbaycan-prezidenti-fuzuli-seherinin-temel-dasini-qoyub
Həmçinin bax: kafkazh.com/dunyada-bas-veren-miqrasiya-prosesleri

Translate »