“Gələn il həmçinin günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişlənəcək, bununla bağlı təqribən 150-200 sosial xidmət layihəsinin reallaşdırılması nəzərdə tutulur. Xidmət sahələrində daimi təkmilləşdirmələr də aparılacaq. Ümumilikdə nazirliyin hər bir fəaliyyət sahəsi üzrə strateji yol xəritələri mövcuddur”.
Turaz.org xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğıkeşliyi ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib və qarşıdakı dövrdə bu uğurların sırası daha da genişlənəcək.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib