Noyabr 27, 2021

Gələn il hərbçilərə və onların varislərinə sığorta pulu vermək üçün 67 milyon manat xərclənəcək

Azərbaycanda I Qarabağ Müharibəsi zamanı xəsarət almış, lakin sığorta ödənişini almamış hərbi qulluqçulara və onların varislərinə kompensasiya ödənişi gələn il də davam etdiriləcək.

Turaz.org-un xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, gələn il bu məqsədlə büdcədən 67 milyon manat ayrılacaq.

 

Müxbir: Əzizə Əlizadə

Translate »