Sentyabr 25, 2022

Gələn il yeniyetmələr arasında çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək!

Son illər dünyada çimərlik güləşinə diqqət artmaqdadır. Bunun nəticəsi kimi, güləşin bu növü yeniyetmələrin Olimpiadasının proqramına salınıb. Belə ki,

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iyunun 17-də baş tutan onlayn iclasında 2022-ci ildə Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya

Oyunlarında 4 çəkidə oğlanların və 4 çəkidə qızların çimərlik güləşində mübarizə aparacağı ictimaiyyətə açıqlandı. Çimərlik güləşi

Dünya Güləş Birliyinin təqvimində də yer alıb. Ötən il bu növ üzrə Qran-Prilərdə ölkəmizi təmsil edən güləşçilər uğurlu çıxışla yadda qaldı. Oyan Nəzəriani çimərlik güləşi üzrə dünya çempionu oldu,

Pənah İlyaslı və İbrahim Yusubov isə ilk dəfə keçirilən Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı.

UWW-nin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi Namiq Əliyev iyulun 17-də keçirilən İcraiyyə Komitəsinin iclasından sonra federasiya qarşısında

çimərlik güləşinə diqqəti daha da artırmaq, bu sahədə idmançıların yetişdirilməsi və müvafiq infrastrukturun qurulması ilə bağlı tapşırıqlar verib. Buna uyğun olaraq, artıq yığma komandamızın yeniyetmə

üzvləri dəniz kənarında təlim-məşq toplanışına start verib. Bu gün dünya çempionu Oyan Nəzəriani və sərbəst güləş üzrə gənclərdən ibarət millimizin məşqçisi Nazim Əlicanov praktiki

seminar keçib. Onlar yeniyetmə güləşçiləri çimərlik güləşinin qaydalarıyla tanış edib.Qeyd edək ki, AGF qış aylarında da məşqləri davam etdirə bilmək üçün

Olimpiya Güləş Mərkəzinin ərazisində çimərlik güləşi üzrə qapalı məkanı idmançıların ixtiyarına verəcək. Bundan başqa, gələn il çimərlik güləşi üzrə

2005-2006-cı il təvəllüdlü idmançılar arasında Azərbaycan çempionatının keçirilməsi də nəzərdə tutulub.

Mənbə: azertag.az

Müxbir:Turaz.org xüsusi müxbiri Hüseynovaa Jalə

Həmçinin bax:https://turaz.org/fenerbagca-uruqvayli-mudafieci-ile-muqavile-imzaladi/

https://turaz.org/celsi-lesterin-futbolcusunu-heyetin-qatdi/

Translate »