Avqust 14, 2022

Gələn ilin sonunda Azərbaycanda inflyasiyanın baza diapazonu yuxarı intervala doğru dəyişəcək

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin başlıca məqsədi inflyasiyanı hədəf diapazonuna (4_+2%) doğru dinamikasının təmin edilməsi olacaq.

Turaz.org xəbər verir ki, bu barədə AMB-nin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən- dünya ərzaq və enerji daşıyıcılarının qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və maroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.

Pul siyasətinin son hədəfi inflyasiyanın (4_+2%) dəhlizində idarə olunması dəyişməz qalır. Yenilənmiş son inflyasiya proqnozlarına görə, baza proqnozlarında qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonunun yuxarı intervalına doğru iləriləməsi baş verəcək.

Mövcud yüksək inflyasiya səviyyəsinə xarici amillərin təsirinin keçici xarakterini nəzərə alaraq monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlayacaq. Lakin stiuasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətini daha sərt rejimə keçirilməsi zərurəti yarabna bilər.

İnflyasiya gözləntilərinin effektli idarə olunması həyata keçirilən siyasətə ictimai etibarın yüksəldilməsinə yönələcək. Siyasət reaksiyası yarana biləcək qeyri-müəyyənlikləri və siyasətə inamsızlığı aradan qaldırmaqla investisiya –biznes fəalllaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcək.

Müxbir: Əzizə Əlizadə

Translate »