Oktyabr 3, 2022

Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib

Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19-20 avqust tarixlərdə  Gənclər Mərkəzində “Könüllülər ili”nə həsr olunmuş 16-29 yaşlı gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib. Yarış gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzi və idman yarışları vastəsilə sosial fəaliyyətin artırılması, şahmat idman növünü gənclər arasında təbliği və onların asudə vaxtlarını səmərəli təşkili məqsədi daşıyıb. 2 gün davam edən turnirin yekun nəticəsinə əsasən Əhmədov Rüstəm I, Ələkbərov İlkin II, Fərhadov Mövlud isə III yeri tutub. Qaliblərə idarənin fəxri fərmanları təqdim olunub.

Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova

Mənbə:mys.gov.az
Həmçinin bax:https://kafkazh.com/quslar-sinifi/

https://azertag.az/xeber/Dunya_chempionatinin_Afrika_zonasi_uzre_sechme_merhelesinin_oyunlari_legv_edilib-1565637

Translate »