Hər bir şəxs uşaq yaşlarından etibarən daha yaxşı bir gələcəyə sahib olmaq arzusunda olur.Bu istəyi reallaşdırmaq üçün çıxılan yolda məğlub olanlar da var, özünə arzuladığı həyatı qurmaq üçün hər cürə əziyyətə sinə gərənlərdə.
Kiçik yaşlarından etibarən uşaqlar məktəbdə təhsil alır,daha sonra universitet hazırlıqlarına başlayır, bütün sosial həyatlarını qırağa atıb yaxşı bir Ali təhsil almaq uğrunda mübarizə aparırlar. Nəticədə əziyyətinin bəhrəsini görənlər yeni,4 illik universitet həyatına qədəm qoyurlar.
Bəs bunlarin hamısı nə üçündür?
Cavab çox sadədir, öz ayaqların üstündə durmağı bacarmaq, ailənə, özünə verdiyin sözlərə çatmaq və kiməsə möhtac olmadan müstəqil həyat yaşamaq.
Amma günümüzdə dünya gənclərinin bir çoxu işsizdir, və ya oxuduqlari sahədə yox daha aşağı maaşla istəmədikləri bir peşədə işləmək məcburiyyətində qalirlar. Bu da bədbin, həyat enerjisini itirmiş, psixoloji vəziyyəti get-gedə ağırlaşan nəsillərin yetişməsinə və nəticəsində intiharlar kimi xoşagəlməz hadisələrin baş verməsinə sebeb olur.
Bəs Azərbaycanda vəziyyət nə yerdədir?
Bununla bağlı Turaz.org əməkdaşı araşdırıb və təqdim edir.
Dövlət Statistika Komitəsinin ötən ilə olan göstəricilərinə görə Azərbaycanda işsiz insan sayısı 375,9 min nəfəri təşkil edir. Bunların bir qismi də gənclərdir. Sosial şəbəkələrdə mövzuyla bağlı maraqlı şərhlərə rast gəlmək mümkündür. Istifadəçilərdən biri deyir:”Səni işə götürmürlər ki, 30 yaşında qocasan, 60 yaşında da pensiya vermirlər ki, hələ cavansan”.
Bu kimi hallar da çox savadlı, işində peşəkar gənclərin xarici ölkələrə üz tutmağına zəmin yaradır. Çünki, verilən Ali təhsillə iş həyatında tələb edilənlər arasında bariz şəkildə fərqlər mövcuddur. Universitet həyatı bizə biliklərin 90%-ni nəzəri şəkildə çatdırır, çox az qismi praktikaya əsaslanır. Iş həyatı isə praktiki bacarıqlar, təcrübə, daha yüksək göstəriciləri tələb edir. Yəni hər kim yalnız Ali təhsil müəssisələrində verilən biliyə arxalanarsa işsiz qalma ehtimalı yüksəkdir. Mütləqdir ki, əlavə kurslara, təcrübə proqramlarına,dil kurslarına gedilsin. Təbii ki, hər bir fərdin özünü inkişaf etdirməsi düzgün bir addımdır,lakin çoxu gənc maddi səbəblərə görə bunların heç birini edə bilmir.
Ali təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı praktiki biliklərində tələbələrə aşılanması, ödənişsiz təcrübə proqramlarının sayının artırılması, həqiqətən işinə hörmət və məsuliyyətlə yanaşan gənclərə şans verilməsi bu kimi hallarin qarşısının alınmasında müsbət bir addım olar. Unutmayaq bu cəmiyyətin müasir düşüncəyə sahib, ölkəni dünya arenasında temsil edəcək və bizə miras qalan bu torpaqları layiqincə təmsil edəcək açıq fikirli gənclərə çox ehtiyacı var.
Araşdırmacı yazar- Lalə Padarova
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib