Oktyabr 4, 2022

General Balasanyan azərbaycanlı jurnalistlərin Qarabağa girişini əngəlləməyi tələb edib – QALMAQAL DAVAM EDIR

Turaz.org xəbər verir ki,  Ermənistanda azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin Laçın və Zabuxa səfəri ətrafında qalmaqalı davam edir .

Xatırladaq ki, “Dağlıq Qarabağ Təhlükəsizlik Şurası” nın rəhbərinin mətbuat katibi Qrayr Akopyan bu ərəfədə azərbaycanlı jurnalistin erməni yaşayış məntəqələrinə soxulması faktını təkzib edərək, bu barədə nəşri dezinformasiya adlandırıb.

Lakin bu gün “Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan birbaşa Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkova müraciət edərək Azərbaycan KİV nümayəndələrinin Qarabağa girişinə qadağa qoyulması xahişi ilə müraciət edib.

“Təhlükəsizlik Şurasının katibi Rusiya sülhməramlı kontingentinin komandirinə  Qarabağ Təhlükəsizlik Şurasının və sülhməramlıların razılığı olmadan azərbaycanlı və xarici jurnalistlərin Qarabağa buraxılmaması xahişi ilə müraciət edib ”, – qondarma məlumatda deyilir. Bu barədə Ermənistan KİV-i Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.

Translate »