“Rusiya Federasiyası ilə Gürcüstan arasında aviaçuşların bərpası Rusiya Federasiyasından və hər iki ölkədəki epidemioloji vəziyyətdən asılıdır”.
Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında söyləyib.Hökumət başçısı deyib: “Rusiya ilə
Gürcüstan arasında aviauçuşları Rusiya tərəfi dayandırıb.
Uçuşların bərpası da məhz Rusiya tərəfindən asılıdır”.
Qeyd edək ki, Rusiya federasiyasının Xarici İşlər naziri
Sergey Lavrov, pandemiya səbəbi ilə Gürcüstan ilə Rusiya arasında siyasi dialoqun “Karasin-Abaşidze formatı”nda tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.
Bununla
yanaşı, o, Moskvanın Tbilisidəki vəziyyəti yaxından izlədiyini və yaxın gələcəkdə Gürcüstanla hava nəqliyyatının bərpa olunacağına ümid etdiyini söyləyib.
Gürcüstanın
bir sıra vəzifəli şəxsləri, xüsusən də nazirlər Rusiya ilə aviauçuşların bərpasında maraqlı olduqlarını,
lakin məsələnin həllinin bilavasitə epidemioloji vəziyyətdən asılı olduğunu bildiriblər.
Mənbə:azertac.az
Müxbir: Turaz.org saytının xüsusi müxbiri Arzu Əliyeva
Həmçinin bax:https://turaz.org/moskvada-havada-zeherli-maddelerin-yuksek-konsentrasiyasi-qeyde-alinib/
https://turaz.org/almaniya-putinin-qizil-haqqinda-haqli-oldugunu-etiraf-etdi/
Son Xəbərlər
İkinci Qazaxıstan xilasetmə qrupu Türkiyəyə çatıb
Özbəkistanın dövlət borcu 6 il ərzində təxminən 4 dəfə artıb
Suriyadakı son vəziyyət