Sentyabr 30, 2022

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Man” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan olunmayan 34 ədəd müxtəlif kosmetik vasitə və ləvazimatları, elektron siqaret aparatları, 80 ədəd elektron siqaret aparatı üçün təmizləmə çubuğu, 6 flakon dərman preparatı, 1 ədəd “Apple” markalı qol saatı, 756 həb baytarlıq preparatı, 2 ədəd qadın üçün gödəkçə aşkarlanıb.

Müxbir: turaz.org xüsusi müxbir Şəbnəm Heydərli
Mənbə:azertag.az
Həmçinin bax:https://kafkazh.com/alban-abideleri/https://kafkazh.com/nesimi-ve-muasir-azerbaycan-gencliyi-muasir-azerbaycan-gencliyi-nesimini-nece-gorur/

Translate »