Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 34 546 vaksin vurulub.
Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 971 021, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 228 014, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 740 859, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 002 148 təşkil edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ceyhun Bayramov İrana gedib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib