Yanvar 26, 2022

Güney Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 76-cı ildönümüdür

 

Güney Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasından 76 il keçir.

Turaz.org xəbər verir ki, 1941-ci ildə İran faşist şah rejiminin Güney Azərbaycana qarşı yürütdüyü şovinist siyasətindən usanan soydaşlarımız haqlı olaraq azadlıq üsyan bayrağını qaldırmış və azadlıq hərəkatı tezliklə bütün Azərbaycanı- Təbriz, Zəncan, Urmiya, Ərbədil və digər vilayətləri bürümüşdü.

1943-cü ildə SSRİ ordusunun tərkibindəki azərbaycanlı zabitlərin və daha sonra aydınların Güney Azərbaycana daxil olması və mədəni birliyin yenidən bərpa edilməsi 1945-ci il 12 dekabr tarixində azadlıq hərəkatının qələbə ilə nəticələnməsinə səbəb olur.

1 il fəaliyyət göstərən Cümhuriyyət zamanında universitet açılır, milli fabriklər qurulur, ana dilində qəzetlər çap edilir və Azərbaycan dili bütün Güney Azərbaycanda dövlət dili kimi təsdiq edilir.

Lakin 1946-cı il 12 dekabr tarixində İngilis ordusunun dəstəyi ilə İran faşist rejimi Demokratik Cümhuriyyəti işğal edir.

Quruluşunun 76-cı ildönümündə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında böyül rol oyanan və bu uğurda canından keçən bütün soydaşlarımızı, başda Seyid Cəfər Pişəvəri və digər qurucuları rəhmət və hörmətlə yad edirik.

Translate »