Urmu gölünün məqsədli şəkildə qurudulmasına etiraz olaraq Güney Azərbaycanda və Tehran şəhərində kütləvi dinc aksiyalar keçiriləcək.
Turaz.org xəbər verir ki, Urmu gölünün məqsədli şəkildə qurudulmasına etiraz olaraq “Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi” azərbaycanlıları dinc aksiyaya çağrırıb. Aksiyalar 16 iyul saat 18:00-da Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin və digər şəhərlərində, eləcə də Tehranda başlayacaq.
Qeyd edək ki, İran höküməti Fars körfəzindən İranın digər əyalətlərinin su ilə təmin edilməsinə külli miqdarda büdcə ayırmasına baxmayaraq Urmu gölünün qurumasını əngəlləmək istiqamətində heç bir faktiki iş görmür.
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür