Dekabr 4, 2022

Gürcüstanda dövlət bayraqları endirildi

Bu gün Gürcüstanda sovet işğalının 100-cü ildönümü tamam olur.

Turaz.org xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.

Xüsusi Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/baki-ceyhani-isgenderle-vurmaq-istedim-pasinyan-qadagan-etdi-sok-aciqlama/

Translate »