Sentyabr 30, 2022

Gürcüstanın Azərbaycana olan borcu

Gürcüstanın Azərbaycana 6 milyon 107 min dollar borcu var

Cari ilin avqustun 1-nə olan məlumata əsasən Gürcüstanın 6,5 milyard dollar borcu var. Bunun da 6,3 milyard dolları hökumətin payına düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişməyib və avqustun 1-nə 6 milyon 107 min ABŞ dolları təşkil edir. Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə 493,5 milyon dollarla Almaniya birincidir. İkinci yerdə 558,2 milyon dollarla Fransa və üçüncü yerdə 216,4 milyon dollarla Yaponiya qərarlaşıb.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax:https://turaz.org/yanvar-iyul-aylarinda-olkeye-27-minden-cox-avtomobil-idxal-olunub/

Həmçinin bax: https://tehsilim.org/beynelxalq-munasibetler-ixtisasi/

Translate »