Oktyabr 19, 2021

H.Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib.

Turaz.org xəbər verir ki, Prezidentin köməkçisi müsahibədə Ermənistanın son təxribatları barədə danışıb.

Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki insanları qətlə yetirdiyini, infrastruktura böyük zərər vurduğunu bildirib. Qeyd edib ki, Ermənistan indi də müxtəlif raket sistemlərindən istifadə etməklə zərbələr endirir: “Bu, bizi çox narahat edir. Oktyabrın 17-də gecə saatlarında Ermənistan “SCUD” raketləri ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni atəşə tutub. Nəticədə 10-dan çox mülki şəxs ölüb. Ermənistan təcavüzkar dövlətdir, bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşları qətlə yetirilir. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, mədəni irsimizi məhv edib. Ermənistanın raket sistemlərindən istifadə edərək mülki vətəndaşlarımızı hədəfə almasını İkinci Dünya müharibəsi zamanı baş verənlərə bənzətmək olar. Bəzi hallarda onlar gün ərzində çoxlu sayda raket hücumları həyata keçirirlər. Odur ki, bu silahlar məsuliyyətsiz şəkildə Ermənistana təqdim edilməməlidir. Ermənistan mülki şəxslərlə hərbçilər arasında fərq qoymur, bu raketləri necə gəldi, məsuliyyətsiz şəkildə istifadə edir. Bütün kanallardan istifadə edərək Ermənistanın bu raketlərlə təmin edilməsinin qarşısını almaq lazımdır. Ermənistan kasıb ölkədir. O, bu cür müasir silahları pulla almaq iqtidarında deyil”.

Translate »