Oktyabr 3, 2022

Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin nəzərinə!

2021-ci il martın 3-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin nəzərinə!

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər fevralın 15-dən martın 1-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyə və “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://eservices.dim.gov.az/elimt/hakimtest

Test imtahanı 2021-ci il martın 3-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

Müxbir: turaz.org xüsusi müxbiri Nağızadə Ayşən

Həmçinin bax: https://turaz.org/erdogan-iraqda-sehid-olan-13-esirden-danisdi/

Həmçinin bax : https://turaz.org/ali-ve-orta-ixtisas-tehsili-muessiselerinde-imtahan-sessiyasi-baslayib/

Translate »