Oktyabr 4, 2022

Hərbi qulluqçumuz şəhid oldu – SƏBƏBİ

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

TurAz.org xəbər verir ki, bu barədə Qafqazinfo-ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/afinanin-turkiyeye-qarsi-sehvi-budur-yunan-diplomat/

Həmçinin bax: tehsilim.org/qehremanlar-unudulmur-adli-resm-sergisi-kecirilib/

Translate »