Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib (bunlardan 30 nəfəri hesabat ili ərzində səfər ediblər). Həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub. Eyni zamanda, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb.
Turaz.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Qeyd olunub ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəlib
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb