Dekabr 9, 2021

“Hidrogen enerjisinin inkişafını türkdilli dövlətlər üçün prioritetlərdən biridir”- Tokayev

Tokayev hidrogen enerjisi sənayesini inkişaf etdirmək üçün beynəlxalq konsorsiumun yaradılmasını təklif edib.

Turaz.org xəbər verir ki, Prezident Qasım Comərt Tokayev Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin aparıcı elmi müəssisələrinin hidrogen enerjisi sənayesində səylərini birləşdirmək üçün Beynəlxalq Konsorsiumun yaradılması təklifi ilə çıxış edib.

Qazaxıstan prezidenti hidrogen enerjisinin yeni növ “təmiz” yanacağın hesab edildiyinə diqqət çəkib. Onun sözlərinə görə, Qazaxıstanın “yaşıl” hidrogen sənaye klasterinin yaradılması üçün böyük imkanlar, o cümlədən lazımi elmi potensial və ixtisaslı mütəxəssislər var.

“Ölkələrimizin aparıcı elmi müəssisələrinin səylərini birləşdirmək üçün Beynəlxalq konsorsium yaratmağı təklif edirəm. Bu struktur hidrogenin istehsalı, saxlanması və daşınması üçün yeni texnologiya hazırlayacaq. Onun vasitəsilə alimlərimiz bir araya toplaşa, təcrübə və bilik mübadiləsi apara bilərdilər”, – deyə Qazaxıstanın dövlət başçısı bildirib.

Tokayev həmçinin qlobal istiləşmə, su və ərzaq təhlükəsizliyi, transsərhəd su ehtiyatlarından səmərəli və ədalətli istifadə kimi məsələlərə birgə həll yolları axtarmağa çağırıb.

Məsələlərin qonşu ölkələr üçün ümumi olduğunu nəzərə alaraq, Qazaxıstan prezidenti Qazaxıstanın birgə su bəndlərinin tikintisinə hazır olduğunu bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə toplantısında iştirak etmək üçün İstanbula iki günlük səfərə gəlib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova

Translate »