Oktyabr 3, 2022

Hikmət Hacıyevin Ermənistanla bağlı şərhi Türkiyə KİV-lərində işıqlandırılıb

Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhi Türkiyə KİV-lərində işıqlandırılıb

Türkiyənin “Öncə Vətən” qəzeti, “Can Azərbaycan” və “Kocaeli KOZ” informasiya agentlikləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” adlı şərhini yayıb.
AZƏRTAC xəbər verir ki, türk dilində yayılan materialda Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı fikirləri yer alıb.
Prezidentin köməkçisi qeyd edib ki, ümumiyyətlə, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir. Adətən belə sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməyib və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə verib.
Bildirilir ki, strategiya adlı sənəddə şovinist, ksenofob və irqçi dəyərlərin təbliği olunduğu dərhal sezilir. Erməni xalqının böyüklüyü, onun digər xalqlardan üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir.
Qeyd edilir ki, Strategiyada Türkiyəyə qarşı da fikirlər öz əksini tapır, qondarma soyqırımına istinadlar edilir. Bunun səbəbi Türkiyənin beynəlxalq hüququ və tarixi ədaləti əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır. Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı mümkün deyil.
Mənbə :Azərtac
Müxbir:Həziyeva Ülviyyə

Həmçinin bax:https://kafkazh.com/author/fidanemreliyeva/

Translate »