Dekabr 9, 2022

“Hindistan qaz tədarükündəki boşluğu Rusiya ilə doldura bilməyəcək”

Almaniya və Hindistan arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı ziddiyyətlər diplomatik sferaya keçib.

Hindistanın “GAIL India Ltd” şirkəti 2041-ci ilə qədər “Qazprom”un keçmiş bölməsindən ildə 2,5 milyon ton LNG almalıdır. İndi şirkət SEFE (“Securing Energy for Europe GmbH”) adlanır və Almaniya hökuməti tərəfindən idarə olunur. Bu ilin may ayından şirkət artıq Yamaldan qaz almadığı üçün 17 partiyanın qaz tədarükünü ləğv edib. Tərəflər məsələ ilə bağlı diplomatları cəlb ediblər. Diplomatlar Almaniyanın dövlət şirkəti tərəfindən Hindistana LNG tədarükünün kəsilməsi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışacaqlar. Həmçinin Hindistan da tədarük boşluğunu doldurmaq üçün Rusiya ilə həll yollarını axtarır.

Analitik Turab Rzayev bu barədə “turaz.org”a danışarkən bildirib ki, indiki halda bu məsələnin həlli o qədər də asan görünmür. Çünki Almaniya bu müqaviləyə görə Hindistana ildə 2,5 milyon ton sıxılmış qaz göndərməlidir:

“Almaniyanın özü qaz istehsal etmir və öz ehtiyacı olan qazı da Rusiyadan alır. Mayeləşdirib digər ölkələrə satır. İndi Almaniya Rusiyadan qaz almırsa, digər ölkələrə necə sata bilər? Aydın məsələdir ki, öz qaz tələbatı belə ödəyə bilməyən, qüvvədə olan sanksiyalara görə özünə yetəcək qədər qaz alaya bilməyən Almaniyanın ixrac üçün əlavə qazı qalmayacaq. Üstəlik Avropa İttifaqının Almaniyaya Rusiya resurslarını almağı qadağa qoyulması da, bu məsələdə Almaniya üçün çətinlik yaranır. Hindistan tərəfi indi öz haqqını axtarır. Diplomatik kanallar vasitəsilə ona verilmiş sözün yerinə yetirilməsini istəyir. Amma bu gec həyata keçəcək çünki ən azından indiki dönəmdə Almaniyadan Hindistana göndəriləcək qaz yoxdur. Rusiyadan da əlavə qazı həm daxili səbəblərdən, həm də Şimal axınında partlayış olduğu üçün ala bilmir”.

Onun sözlərinə görə, indi Hindistan tərəfi özü bunu Rusiya ilə birbaşa kontakta keçərək həll etməyəcə çalışacaq: ” Rusiyanın kifayət qədər qaz və neft resursları var. İndi onları satışa çıxarmağa çalışır. Qərb Rusiyadan qaz almadığı üçün o məcburi şəkildə bu qazı endirimli qiymətlərlə Hindistana, Çinə və s. ölkələrə satır. Qaz daşınmalarında boru xətti kəmərləri çox önəmlidir. Çünki Avropaya birbaşa gedən neft boru kəmərindən fərqli olaraq Rusiya terminallarında da tankerlərin doldurulub daşınması daha rahatdır. Təbii qazı isə rahat şəkildə göndərmək olmur. Ən azından bu proses qaz sıxılma terminalları tələb edir. Bu qaz sıxılır, maye halına salınır. Daha sonra gəmilərlə daşınması hayata keçirilir. Burda başqa bir məsələ də bu şəkildə qaz daşınmasının limitli olmasıdır. Əks halda ABŞ-nin və Qətərin kifayət qədər qaz resursları var. Onlar Avropanı da bununla təmin edərdilər. Və Rusiya qazına Avropanın ehtiyacı da qalmazdı. Amma göründüyü kimi onlar Rusiya qazını tam olaraq əvəz edə bilmirlər. Çünki dünyada hələ də o qədər də qaz daşıya biləcək LNG terminalları yoxdur. Rusiya onsuzda, əlində olan LNG terminallarından və LNG daşıya bilən gəmilərindən qaz tankerlərindən istifadə edir. Burda LNG terminalının və ya Rusiyada təbii qazı maye qaza çevirə biləcək avadanlıqların sifariş üçün boş olması kifayət qədər çətin məsələlərdir.
Böyük ehtimalla indiki halda mümkün də deyil və məsələnin həlli xeyli zaman alacaq”.

Translate »