Hindistanın şimalında iyirmi nəfər birinci və ikinci dozada iki fərqli koronavirus peyvəndi qəbul edib.
Turaz.org xəbər verir ki, aprel ayının əvvəlində əhali Covishield (AstraZeneca) ilə peyvəndlənib, lakin ikinci dozanın bir hissəsi olaraq may ayında yerli istehsal Covaxin peyvəndi qəbul edilib.
Hindistan, peyvəndlərin qarışdırılmasına icazə verməyib və dünyada fərqli dozaların təhlükəsiz ola biləcəyini öyrənmək üçün araşdırmalar aparılır.
Səlahiyyətli şəxslər, 20 nəfərin bu peyvəndləri qəbul etdiyini və yan təsirlərinin olmadığını söyləyirlər.
Uttar Pradeşin Siddhartnagar Bölgəsindəki səlahiyyətlilər, “inzibati nəzarət”-ə başladıqlarını söyləyirlər.
Siddhartnagarın baş həkimi Sandeep Chaudhary, yerli xəbər kanalı NDTV-yə bundan məsul şəxslərdən izahat istədiyini və onlara qarşı tədbir görəcəyinə söz verib.
Bəzi kəndlilər, peyvəndin növbəti həftələrdə mənfi təsir göstərəcəyindən qorxduqlarını söyləyirlər.
Covaxin, təsirsiz hala gətirilmiş bir peyvənddir, yəni öldürülmüş koronaviruslardan ibarətdir və bədən üçün təhlükəsizdir.
Bu vaxt, Oxford-AstraZeneca peyvəndinin yerli adı olan Covishield, dünyanın ən böyük peyvənd istehsalçısı Hindistan Serum İnstitutu tərəfindən istehsal olunur. Şempanzenin ümumi soyuq virusunun (adenovirus kimi tanınan) zəifləmiş bir versiyasından hazırlanır. Xəstəliyə səbəb ola bilməyəcəyi və təhlükəsiz olmasına baxmayaraq daha çox koronavirusa bənzəyir.
Alimlər hələ də fərqli platformalarda hazırlanan peyvəndlərin eyni adama verilə biləcəyini araşdırırlar. Ölkədə peyvənd dozalarının kəskin çatışmazlığı məsələsi gündəmdədir.
Hökumət 18 yaşdan yuxarı hər kəsə peyvənd vurur.
Bu kampaniyanın ləngliyi son həftələrdə xəstəxanalara virüsün ikinci dalğasının təsirini daha da artırır.
Qarışıqlıq pandemiyanın qızğın ikinci dalğası ilə birgə gəldi. Nəticədə ölkə, 2.7 milyondan çox yoluxma olan və ən çox zərbə alan ölkələrdən birinə çevrildi
Mütəxəssislər həqiqi sayın dəfələrlə çox olduğundan qorxduqlarına baxmayaraq, virusdan 300 mindən çox ölüm olduğunu bildirdilər.
Tərcüməçi: Əliquliyeva Şəhla
Həmçinin bax: turaz.org/turkmenistan-prezidenti-ilham-eliyeve-tebrik-mektubu-gonderib/
Həmçinin bax: tehsilim.org/iraq-sefirliyinin-medniyyet-bolmesinin-birinici-katibi-elyazmalar-institutunda-olub/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib