Hindistan cümə axşamı 211.000-dən çox yeni yoluxma sayının olduğunu bildirib.
Turaz.org xəbər verir ki, virus səbəbiylə ölüm sayı 3.800 nəfər artıb. Yeni məlumatlar onu göstərir ki, ölkədə günlük koronavirus nisbətlərindəki azalma yavaşlayıb və ümumi xəstə sayı 27,37 milyondur. Ümumi ölənlərin sayı 315.235 nəfərdir. Bununla birlikdə, 400.000-dən çox yoluxmanın qeydə alındığı ikinci dalğanın pik nöqtəsi artıq geridə qalmış kimi görünür. Cənubdakı Tamil Nadu və qərbdəki Maharashtra hər gün çox sayda xəstəlik və ölüm sayı barədə məlumat verməyə davam edir. Federal Səhiyyə Nazirliyi cümə axşamı yoluxmaların 211.298 nəfər artdığını və son 24 saat ərzində xəstəlikdən 3.847 nəfərin öldüyünü bildirib. Çərşənbə axşamı, ölkə altı həftədə ilk dəfə 200.000-dən az yoluxmanın olduğunu bildirib.
Tərcüməçi: Əliquliyeva Şəhla
Həmçinin bax: turaz.org/cinin-casusluqla-ittiham-etdiyi-yazici-mehkemesi-baslayir/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli