Oktyabr 28, 2021

Hindistanda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

Hindistanın Bhivandi şəhərində (Maharaştra ştatı) üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Ölənlər arasında 15 uşağın olduğu bildirilir.Turaz.org Times of India nəşrinə istinadla xəbər verir ki, son iki sutka ərzində

dağıntılar altından daha 13 cəsəd çıxarılıb. Regionda iki gündür davam edən leysan yağışları axtarış işlərini çətinləşdirir.Xatırladaq ki, faciə sentyabrın 21-də səhərə yaxın baş verib. Sakinlər hadisənin ilk saatlarında 20

nəfəri xilas edə biliblər.Polisin məlumatına görə, bundan əvvəl binanın sahibinə tikilinin bərbad vəziyyətə düşdüyü barədə çoxsaylı xəbərdarlıqlar olunub. Belə ki, 1977-ci ildə tikilmiş binada uzun müddətdən bəri təmir

aparılmayıb.Hökumət həlak olanların ailələrinin hər birinə 500 min rupi məbləğində kompensasiya veriləcəyini elan edib.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/ali-tehsil-muessiselerine-musabiqedenkenar-qebul-olunanlar-haqqinda-melumat/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »