Dekabr 8, 2022

Hökümət Transilvaniyada İdman Layihələrinə Əlavə yardım vəd edir

 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijyarto Rumıniyanın idman naziri Karoli Eduard Novak ilə danışıqlardan sonra cümə axşamı bildirib ki, Macarıstan hökuməti, Szekler Land da daxil olmaqla Transilvaniyada idman infrastrukturu layihələrini dəstəkləməyə davam edəcək.

Turaz.org xəbər verir ki, Szijjarto Budapeştdə birgə mətbuat konfransında deyib: “İdman milli kimliyi və qüruru qorumaq və möhkəmləndirmək üçün bir vasitədir”.

” Hökumət indiyədək çoxlu etnik macarların yaşadığı regionda idman layihələrinə, o cümlədən Sfantu Georgedə Sepsi OSK üçün futbol stadionunun və Sangeorgiu de Muresdə buz xokkey meydançasının tikintisinə 30 milyard forint (83 milyon avro) dəstək verib “,- deyə nazir qeyd edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova

Translate »