Qazaxıstan hökuməti ölkənin üç illik büdcə layihəsini təsdiqləyib.
Turaz.org xəbər verir ki, Baş nazir Əlixan İsmayılov Milli İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və Baş Nazirin Aparatına qanun layihələrini və sosial-iqtisadi inkişaf proqnozunu Milli Məclisə təqdim etməyi tapşırıb.
Sənədə əsasən, Milli Fonddan büdcəyə köçürülmələr əhəmiyyətli dərəcədə azalacaq. Belə ki, köçürülmələrin miqdarı 2023-cü ildə 1,4 trilyon təngə, 2024-cü ildə 800 milyard təngə və 2025-ci ildə 500 milyard təngə təşkil edəcək.
“2023-cü ildə sosial sahə üçün 8 trilyon təngə nəzərdə tutulub. İqtisadiyyatın real sektorunda əsas istiqamətlər biznesin dəstəklənməsi, emal sənayesi, nəqliyyat infrastrukturunun inkişafı və qazlaşdırma olacaq. 2023-cü ildə bu sahələrə 2 trilyon təngənin xərclənməsi planlaşdırılır”, – deyə Baş nazir bildirib.
Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/mirziyoyev-zelenskini-ve-ukrayna-xalqini-musteqillik-gunu-munasibetile-tebrik-edib
Həmçinin bax: kafkazh.com/azerbaycan-ssr-de-korenizasiya-siyaseti-l-hisse
Son Xəbərlər
İkinci Qazaxıstan xilasetmə qrupu Türkiyəyə çatıb
Özbəkistanın dövlət borcu 6 il ərzində təxminən 4 dəfə artıb
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı