May 29, 2023

HTP çərçivəsində xaricdə təhsil alan tələbənin iştirakı ilə təlim proqramı.

Turaz.org xəbər verir ki, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil alanların və məzunların ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir. 8 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Təhsildə tədqiqatın prinsipləri: beynəlxalq təcrübə” mövzusuna həsr edilib. Təlimçi HTP çərçivəsində Macarıstanın Szeged Universitetinin doktorantura səviyyəsi üzrə məzunu Könül Kərimovadır. Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://bit.ly/35eRl5s qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax : https://turaz.org/rusiyanin-simalinda-dondurulmus-selalenin-cokmesi-bir-neferin-olumune-sebeb-oldu/

Translate »