Oktyabr 28, 2021

Hulusi Akar: “Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir”

“Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır”.

Turaz.org-un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: “Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir”.

Nazir həmçinin azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini də vurğulayıb.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/mn-minaatan-bolmeleri-hedeflere-doyus-atislari-yerine-yetirir/

Həmçinin bax:tehsilim.org/azerbaycan-kollecleri-2/

Translate »