Dekabr 5, 2021

Hulusi Akar Türkiyə-Azərbaycan-Pakistan-Gürcüstan əməkdaşlığının hədəflərini açıqlayıb

Müharibə zamanı Azərbaycan və Türkiyənin yanında üçüncü bir ölkə olaraq Pakistan dayanmışdı”.

Turaz.org-un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

“Pakistanlı bütün qardaşlarımıza buradan təşəkkürlərimizi bildiririk. Onlarla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Qarşıdakı günlərdə bunların da inkişaf edəcəyinə inanıram. Biz bu sinerjidən faydalanmaq istəyir, bunu üçün fəaliyyət göstəririk. Bu sahədə quru, dəniz, hava qüvvələrimiz, müdafiə sənayemiz, xüsusi qüvvələrimiz fəaliyyət göstərir. Qarşılıqlı informasiya mübadiləsi əsas mövzudur.

Bütün bunları nəzərə alsaq, qarşımızdakı dövrdə bu fəaliyyətin müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq”, – H.Akar bildirib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »