“Türkiyə Silahlı Qüvvələri başda Azərbaycan və Liviya olmaqla bir çox bölgədə öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəldiyini bütün dünyaya göstərdi”.
Turaz.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ufuk” təlim gəmisinin silahlanmaya qəbul edilməsi mərasimində söyləyib.
“Bir vaxtlar ən yaxın müttəfiqlərimizdən dəstək ala bilmirdik. İndi isə Türkiyə NATO standartlarında silah istehsal edir. Əməliyyatlarda effektivliyi sübut olunan PUA-lar da daxil olmaqla həmin silah sistemlərini bir çox ölkəyə ixrac edirik”, – nazir vurğulayıb.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”