Oktyabr 4, 2022

Hüquqşünas: Startaplar üçün vergi güzəştləri nəzərdə tutulub

Hüquqşünas: Startaplar üçün vergi güzəştləri nəzərdə tutulub

İqtisadi islahatların həyata keçirilməsində xüsusi rolu olan fəaliyyətlərdən biri də startaplardır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, startapların stimullaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan məqamları şərh edən hüquqşünas Şəhriyar Həbilov startapların adətən, mikro və ya kiçik sahibkarlıq subyektləri kimi fəaliyyətə başladıqlarını bildirib: “Ona görə də qanunvericilikdə həmin subyektlər üçün xüsusi müddəalar, güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsində göstərilir ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir vergisindən azaddır”.
Ş.Həbilov qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti 3 il müddətinə vergidən azad edilir. Bu, işə yeni başlayan sahibkarlar üçün çox önəmli üstünlüklərdir. Vergi güzəştindən qənaət edilən vəsaitlər biznes sahəsinin inkişafına yönəldilə bilər. Beləliklə yeni texnoloji xidmətlərin meydana çıxmasına təkan vermiş olar.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmcinin bax: https://kafkazh.com/molla-nesreddin-ziyasi/

Həmçinin bax: https://kafkazh.com/bioakustika/

Həmçinin bax: https://turaz.org/rolls-royce-sukunet-formulunu-teqdim-edir/

Translate »