Dekabr 9, 2022

“Hüseyniyyun” terror təşkilatının iddialarına cavab verilib 

Cənubi Azərbaycanlı milli mədəni fəal Babək Türkoğlu, “Hüseyniyyun” terror təşkilatının Azərbaycanda apardığı provokasiyalara cavab verib.

 

Turaz.org xəbər verir ki, artıq bir neçə gündür ki, “Hüseyniyyun” terror təşkilatının üzvləri müxtəlif adlarla Azərbaycan dövlətçiliyi və bütöv Azərbaycana qarşı öz aləmlərində provokasiya aparırlar. Azərbaycan vətəndaşlarının sosial yaşamını İran vətəndaşları ilə müqayisə edirlər. O, cümlədən çörəyin, benzinin və s. qidaların guya qiymətini müqayisə edərək özlərini haqlı göstərmək istəyirlər. Əvvəlcə bunu deyək ki, hal-hazırda Azərbaycanın 1 manatı İranın 25min tümənidir. Dünyanın ən dəyərsiz pulunun üstündə Xomeyni ağanızın şəkli İranda bədbəxtliyə baxır. Müqayisələriniz də özünüz kimi riyakarlıqdan, saxtakarlıqdan irəli gəlir, ancaq saxtakar biri Azərbaycanın dəyərli qəpiyini İranın batmış tüməni ilə müqayisə edə bilər. Bu o deməkdir ki, İranın Azərbaycan iqtisadiyyatı qarşısında gücü heçə bərabərdir.

 

İranda iğtişaşların ən başlıca səbəbi insanların çox ağır yaşam sürdürməkləridir, buna misal olaraq İranda insanların böyük əksəriyyəti öz böyrəyini satışa qoyur. Azərbaycana narkotik keçirən saxtakar İran öz ölkəsi daxilində demək olar ki, artıq bir məhv olmuş gənclik yetişdirir və təəssüflə İranda gənclərin böyük əksəriyyəti narkoman olaraq bu zəhərin qurbanı olublar. Ümumiyyətlə, gənclərin işsizliyindən danışaq yoxsa necə? O qədər yazılacaq sözlər var ki..!

 

Qayıdaq gündəmə, siz elə bilirsiniz ki, İranda başlayan xalq qiyamı ancaq başörtüsü və ya bir qızın ölümünə görədir? Bu qiyam 43 illik zülmün partlayış nöqtəsinə çatmasının böyük göstəricisidir.

 

Şeytan molla rejimi qonşuluğunda olan heç bir müsəlman ölkəsi ilə dost müttəfiq deyildir və əksinə demək olar ki, müsəlmanlara qənim kəsilmişdir. Mollaların müttəfiqləri ancaq ateist Çin, xristian Rus , Erməni və babaları olan Fransadır. İranı bizə İslam ölkəsi kimi tanıtdırmaq istəyənlər nəyə əsaslanaraq İrana müsəlman ölkəsi deyə bilirlər? Bütün müsəlman ölkələri içində terror qruplaşmaları yaradıb, hər yerdə terrorla məşğul olan öz ölkəsi daxilində öz vətəndaşlarına cəllad kəsilən, qadına əl qaldıran, qadınları vəhşicəsinə döyərək öldürən hansı aşağı zehniyyət bizə qeyrətdən vəya şərəfdən dərs keçə bilər?

 

Unutmayın ki, Azərbaycan şərq dünyasında qadına ilk seçim haqqı tanıyan və qızlar üçün ilk məktəb açan ölkə olubdur, bizim xalqımız və dövlət prinsipimiz qeyrətin nə olduğunu yaxşı bilir. Dədə-babalarımız demişkən, qeyrətsizlər qeyrətdən çox danışar, siz özünüzdə olmayanın (qeyrət) davasını aparırsınız, biz isə əsrlər boyunca parçalamış vətənimizi, xalqımızı zülmdən və əsarətdən xilas etmək üçün vuruşuruq. Bunu da qeyd edim ki, Peyğəmbərimiz hədislərinin birində deyir ki, Hubbul vətən min-əl iman! Yəni vətəni sevmək imandandır. Əlbəttə ki, bunu şüubiyyə nökərləri başa düşəcək bir düşüncəyə malik deyil.

Translate »