İƏT Xarici İşlər Nazirləri Şurası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyib və İran hökumətini bu hücumu hərtərəfli araşdırmağa çağırıb.
Turaz org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul olunmuş qətnamədə bildirilib.
57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə İƏT üzv dövlətləri bu il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırır.
Son Xəbərlər
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
Estoniya Rusiya-NATO təsis aktına xitam verməyi təklif edir
“Biz bir millət, bir ölkəyik” – Mirziyoyev Qaraqalpaqstan xalqı ilə görüşüb