Oktyabr 22, 2021

İbrahimoviç daha bir il “Milan”da oynayacaq!

“Milan” Zlatan İbrahimoviçlə müqavilə müddətini 2021-ci ilə qədər yeniləyəcək.Bu barədə İtaliyanın məşhur idman jurnalisti Nikola Skira məlumat verib.

Mənbənin yazdığına görə isveçli hücumçu növbəti mövsüm üçün 6 milyon avro məvacib alacaq.

“Rossonyeri” Çempionlar Liqasına vəsiqə qazanacağı halda, 38 yaşlı futbolçu bonus olaraq 500 min avroya da sahib çıxacaq. Xatırladaq ki, İbra bu ilin yanvarında azad agent statusu ilə “Los Anceles Qalaksi”dən “Milan”a keçib.

Arxada qalan mövsüm isveçli hücumçu Lombardiya klubunun heyətində 18 oyuna 10 qol vurub.

Mənbə: idmantv.az

Müxbir: Turaz.org saytının xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/rusiya-kubada-neft-istehsalina-basladi/

https://turaz.org/birlesmis-kralliq-ozbekistana-texniki-destek-gosterecek/

Translate »