Oktyabr 20, 2021

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir
Avqustun 27-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Mənbə: Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: http://idmantv.az/az/news/2535/fuzuli-memmedov-her-bir-reqibe-hormetle-yanasiriq

Translate »