Oktyabr 20, 2021

İcbari Tibbi Sığorta UNEC-lə memorandum imzaladı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu

imzalanıb.Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial

və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi və səhiyyə sahəsinin idarəedilməsi üzrə lazımi ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması

istiqamətində qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Memorandum çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi və lazım olan təcrübənin ölkədə tətbiq olunması

üzrə əməkdaşlıq nəzərdə tutulur. Sənədə əsasən, tərəflər tibbi xidmətlərin iqtisadi təhlili, postsovet ölkələrinin təcrübə və müvafiq sahələrdə boşluqlarının öyrənilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda tərəflər icbari tibbi sığortanın

Xidmətlər Zərfinin yenilənməsi və göstərilən tibbi xidmətlərdən məmnunluğun öyrənilməsi üçün əhali arasında sorğular keçirməklə bağlı razılığa gəliblər. Memorandum çərçivəsində

həyata keçiriləcək tədbir və tədqiqatları Agentlik ilə UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi birgə həyata keçirəcəklər.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://turaz.org/torpaqsunas-alim-kehrizleri-berpa-etemyin-vaxti-gelib-catib/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »