“Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, “Hürkuş” təyyarələri dost və qardaş ölkələrə də ixrac ediləcək.
Son Xəbərlər
ŞABAK Bakıda: Hersoq görün necə qorunur – Video
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
“Türkiyədəki prezident seçkisinin nəticəsi Azərbaycan üçün mühüm önəm kəsb edir” – RƏY