Oktyabr 1, 2022

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində “Təhsil ixtisası” üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

Proqrama son müraciət tarixi 20 aprel 2021-ci ildir.

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: turaz.org/bu-marsrut-xettinde-gedis-haqqi-bakikartla-odenilecek/

Həmçinin bax: tehsilim.org/magistraturaya-sened-qebulu-bu-gun-basa-catir/

Translate »