Mart 21, 2023

İkinci Qazaxıstan xilasetmə qrupu Türkiyəyə çatıb

Qazaxıstanın ikinci xilasetmə qrupunu daşıyan təyyarə Türkiyənin Qaziantep şəhərinə eniş edib.

Turaz.org xəbər verir ki, yüklərin boşaltma işləri aparılır. Nazirliyin açıqlamasında bildirilir ki, yeni gələn xilasedicilər dərhal xilasetmə işlərinə qoşulmaq üçün müəyyən ərazilərə göndəriləcək.

Daha əvvəl bildirilmişdi ki, göyərtəsində 41 xilasedici və səhiyyə işçisi olan Qazaxıstan təyyarəsi Türkiyəyə enib.

Qazaxıstan ölkənin güclü zəlzələlərdən zərər çəkmiş bölgələrinə 125 tibb işçisi qrupu göndərməyə hazırdır.

Dövlət başçısı Qasım-Comərt Tokayev hökumətə zəlzələdən zərər çəkmiş Türkiyəyə təcili yardım üçün 1 milyon dollar ayırmağı tapşırıb.

Xəbər verdiyimiz kimi, bazar ertəsi yerli vaxtla səhər saat 4:17-də Türkiyənin cənub-şərqində Qaziantep şəhəri yaxınlığında 7,8 bal gücündə ilkin zəlzələ baş verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən ölümcül zəlzələlərdən sonra milli matəm elan edib.

Translate »