Noyabr 27, 2021

İlham Əliyev Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.

Turaz.org-un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »