Dekabr 5, 2022

İlham Əliyev Qırğızıstana dövlət səfərinə dəvətə görə Sadır Japarova təşəkkür edib

“Həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim”.

 

Turaz.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.

 

İndiyədək qardaş Qırğız torpağında iki dəfə olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub.

 

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına müraciətlə deyib: “Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir. Bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir”.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/ai-surasinin-komitesi-ermenistana-musahide-missiyasinin-gonderilmesi-haqqinda-qerar-qebul-edib/

Translate »