Oktyabr 2, 2022
Rusiya Özəkistan

İlin sonunadək Rusiya Federasiyasının 40-dan çox regionunun nümayəndələri Özbəkistana səfər edəcək

 

Baş nazirin müavini Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov Özbəkistan Respublikasının Baş nazirinin müavini İnvestisiyalar və Xarici Ticarət naziri Cəmşid Xocayev ilə görüşüb.

Turaz.orgRusiya hökumətinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər ticarət-iqtisadi əməkdaşlıq, avtomobil sənayesi, bərpa olunan enerji, əczaçılıq, yüngül sənaye və regionlararası əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cəmşid Xocayev və Denis Manturov qarşılıqlı ticarətin müsbət dinamikasını qeyd ediblər: tərəflərə görə, həm idxal, həm də ixrac göstəricilərində artım özünü göstərir.

“Özbəkistan Rusiyaya əsas iplik tədarükçülərindən biridir. Rusiya müəssisələri bu sənayedə əməkdaşlığı genişləndirməkdə qərarlıdırlar. Hazırda sənaye kooperasiyasının inkişaf perspektivləri və armaturların qarşılıqlı tədarükü məsələləri müzakirə edilir”, – mətbuat xidmətindən verilən məlumatda deyilir.

Bundan əlavə, Rusiya Sənaye və Ticarət naziri əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsini vurğulanmaqla Rusiya və Özbəkistan regionlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini də qeyd edib.

2022-ci ilin sonuna kimi Rusiyanın 40-dan çox regionunun nümayəndələrinin Özbəkistana rəsmi səfərə gələcəyi məlum olub.

Tərcümə:Günay Xankişiyeva

 

 

Translate »