Oktyabr 28, 2021

İlon Mask: “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək

İlon Mask: “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask bildirib ki, üç ildən sonra “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək.
TurAz.org https://turaz.org/ RİA Novosti saytına istinadla xəbər verir ki, yeni avtomobil “Tesla”nın hazırda istehsal etdiyi sedan Model 3-dən (37990 dollar) 12 min dollar ucuz olacaq.
“Tesla Motors” (ABŞ) 2003-cü ildə elektromobilləri və texnologiyaları işləyib hazırlayan və istehsal edən şirkət kimi fəaliyyətə başlayıb. Elektromobillərlə yanaşı, şirkət öz texnologiyaları üzrə batareya və elektrik mühərriki istehsal edərək digər avtomobil şirkətlərinə, o cümlədən “Toyota” və “Daimler”ə satır.


Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://tehsilim.org/bdu-nun-professoru-beynelxalq-onlayn-deyirmi-masada-istirak-edib/

Həmçin bax:https://kafkazh.com/albatros-hekayesi/

Həmçin bax:https://turaz.org/bdu-nun-professoru-beynlxalq-onlayn-dyirmi-masada-istirak-edib/

Translate »