Dekabr 9, 2021

“İmamoğlu və Mənsur Yavaş namizərdliklərini irəli sürməyəcəklər”- Kılıçdaroğlu

İstanbul Böyük Şəhər Bələdiyyə Sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyə Sədri Mənsur Yavaş 2023-cü il Prezident seçkiləri ilə bağlı son qərarlarını açıqlayıblar.

Turaz.org xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu “Karar TV”də jurnalist Taha Akyol və Elif Çakırın suallarını cavablayıb.

Partiya sədri son vaxtlar gündəmdə olan məsələlərə aydınlıq gətirib. Belə ki, Kılıçdaroğlu 2023-cü ildə keçiriləcək prezident seçkilərində Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizərdlik irəli sürməyəcəklərini qeyd edib. Kılıçdaroğlu hər iki siyasətçinin öncə bələdiyyə sədri olduqları şəhərlərin sakinlərinin güvənini qazanmalı olduqlarını qeyd edib. Partiya sədri həmçinin hər iki siyasətçinin prezident seçkilərinə qatılmaları üçün önlərində daha çox vaxt olduğunu da deyib.

Translate »