Oktyabr 23, 2021

İmran Xandan Azərbaycana növbəti dəstək

Pakistanın Baş naziri İmran Xan ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycana dəstəyini bildirib.

Turaz.org Trend-ə istinadla məlumat verir ki, bu barədə Baş nazir Tvitter səhifəsində paylaşım edib.

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan silahlı qüvvələrinə ehtiramımızı ifadə edirik. Pakistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini dəstəkləyir”, – İmran Xan bildirib.

Translate »