Fevral 8, 2023

İmran Xanın müsahibəsi qalmaqala səbəb olub

Pakistanın baş naziri ABŞ-ın Əfqanıstandakı əməliyyatları və Çinin Uyğur müsəlmanlarına münasibəti ilə bağlı şərhləri səs-küy yaradıb.

Turaz.org xəbər verir ki, “Axios HBO”-ya verdiyi müsahibədə İmran Xan ABŞ-ın Əfqanıstandakı əməliyyatları üçün Pakistanı baza olaraq istifadə etməsinə icazə verməyəcəyini qəti şəkildə bildirib.

Hindistanın Kəşmirdə etdiyini görməməzlikdən gələrək dünyanın niyə Sincan üzərində kökləndiyini soruşub.

Şərhlər Hindistan və Pakistan sosial mediasında mübahisələrə səbəb olub.

Imran Xanla müsahibə bazar ertəsi səhər tezdən yayımlanıb.

“Axios” müsahibənin yayımlanmasından əvvəl ABŞ və Əfqanıstandakı şərhlərini artıq yayımlamışdı.

Kəşmir bölgəsi bütövlükdə həm Hindistan, həm də Pakistan tərəfindən iddia edilir, halbuki hər iki tərəf yalnız bir hissəsini idarə edir.

Nüvə silahlı iki qonşu artıq iki müharibə və Kəşmir üzərində məhdud bir mübarizə aparırlar.

2019-cu ildə Hindistan yüz minlərlə əsgəri nəzarət etdiyi bölgəyə yerləşdirdi, seçilmiş siyasətçilər də daxil olmaqla minlərlə insanı burda saxladı və Hindistanın idarə etdiyi Kəşmiri xüsusi statusundan məhrum edib.

“Sərhədimizdə baş verənlərə görə narahatam”.

Ancaq cənab Xan, Pakistanın [Çinlərə] hörmət etdiyini və hər hansı bir sualları varsa, bağlı qapılar arxasında danışdıqlarını bildirdi.
Çin, Pakistanın ən çətin dövrlərində “ən böyük dostlarından” biri olduğunu söyləyərək, onların həqiqətən döyüşdükdə və iqtisadiyyatla əlaqəli problemlərdə köməyə gəldiklərini söyləyib.

Cənab Xanın şərhləri həm Hindistan, həm də Pakistanda diqqəti cəlb edib. Şərhlərin əksəriyyəti tənqidi idi və onu satılmış olmaqda günahlandırdı.
Bəzi istifadəçilər şərhləri “ümumi mənəvi qorxaqlıq” adlandırdılar.

Pakistanlı tanınmış jurnalist Mehdi Həsən bunu izləməyin nə qədər acıverici olduğunu bildirib.

 

Tərcüməçi: Əliquliyeva Şəhla

Translate »