İl boyu uzun iş saatları olan, xüsusən də böyük şəhərlərdə yaşayan insanlar artıq yay ayları gəldikdə dincəlmək istəyir və bunun üçün müəyyən xarici ölkələrə, gözəl məkanlara üz tuturlar. İstirahətin unudulmaz olması üçün başlıca şərtlərdən biri səyahət edilən ölkənin iqliminin uyğun olması, maraqlı məkanlarının olmasıdır.
Turaz.org yayda xaricdə istirahət edə bilinəcək yerləri araşdırıb.
Bunun üçün tövsiyyə edilən bir çox ölkələr var. İlk olaraq, qardaş ölkə Türkiyə ilə başlayaq. Antalya, Bodrum, Fethiye və s. kimi şəhərlərdə iyun ayından etibarən istirahət etmək mümkündür. Burada bir çox gəzməli yerlər, yüksək səviyyəli otellər mövcuddur. Otellərdə 1 həftə istirahətin qiyməti 1000-2000 azn arası dəyişir. Daha yüksək səviyyəli yerlərdə məbləğ daha da arta bilər.
Yunanıstan da istirahət üçün müraciət edilən ölkələrdən biridir. Burada şəffaf dəniz, görməli məbədlər və heykəllər var. İyun ayından etibarən istilik o qədər artır ki, dəniz belə insanları sərinlətmir. Həmçinin qiymətlər də xeyli artır. Əsas populyar məkanlara Rodos ve Krit adaları, Kefalonia adası və s. aiddir. Burada 1 həftəlik istirahətin qiyməti təxminən 400-700 avro (700-1300 azn) təşkil edir.
İspaniya ecazkar təbiəti, çimərlikləri ilə seçilir. Adalar və Barselona yaxınlığındakı sahillər turistlərin ən çox müraciət etdiyi bölgələrdəndir. Buraya, əsasən, iyun və iyul aylarında getmək tövsiyə olunur. Avqust ayında ölkədə müxtəlif bayramlar olduğundan çimərlikdə yer tapmaq mümkün olmur. Ən populyar məkanlara İbiza adası, Costa Brava, Menorka adası və s. aiddir. İspaniyada 1 həftəlik istirahətin qiyməti 389-1199 avro (678-2089 azn) təşkil edir.
Malta il boyu isti olan ölkələrdən biridir. Əsas turizm mövsümü yaz aylarına təsadüf edir. Havanın isti olmasına baxmayaraq, Malta yayda turistlərin sevimli məkanlarından birinə çevrilir. Populyar məkanlara Valetta, Mellieha, Sliema və s. aiddir. Qiymətlər orta səviyyədədir: 1 həftəlik istirahət 516 avro (899 azn) təşkil edir.
Daha bir ölkə ise Monteneqrodur. Bura da isti yay aylarında turistlərin ən çox müraciət etdiyi ölkələrdən biridir. Havanın orta temperaturu +30 dərəcə, çimərlikdə suyun orta temperaturu isə +20 dərəcə təşkil edir. Bura Avropa ölkələrindən biri olmağına baxmayaraq Monteneqroda istirahət üçün viza tələb olunmur. Turların qiyməti, əsasən, 687-2625 dollar (1167-4459 azn) arası dəyişir.
Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Lalə Padarova
Son Xəbərlər
“Müsəlman olmaq ölümü seçmək idi…”- Şərqi türküstanlı Məryəm Sultan
DİQSİ Beynəlxalq Forum təşkil edib
Zənginlik içində ucuzluq…