Noyabr 27, 2021

İnstaqram yenə bəzi ölkələrdə işləmir

ABŞ-da instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Turaz.org-un xəbərinə görə, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Portal qeyd edib ki, problem barədə bildirən istifadəçilərin 55%-i tətbiqdən şikayətlənir. Eyni zamanda istifadəçilərin 24%-i serverə qoşulma zamanı problemlərlə üzləşir, daha 22%-i saytda çətinliklər olduğunu qeyd edir.

Böyük Britaniyada da instaqramın işində nasazlığın olduğu bildirilir.

 

Müxbir: Əzizə Əlizadə

Translate »